Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik – Ərdoğan

Azərbaycan Qarabağ torpaqlarını işğaldan azad etməklə bölgədə yeni qapılar açdı. Doğrusöztv.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin 14-cü Zirvə toplantısında deyib. Prezident bildirib ki, Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi: “Hazırda bizim üçün prioritet Qarabağda təhlükəsizliyin təmin edilməsidir. Bunun […]

Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi

Nazirlər Kabinetin 50 № li Qərarına dair izah verib. Doğrusöztv.Az bildirir ki, Nazirlər Kabinetindən bildirilib ki, “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının aparılması qaydalarını müəyyən […]

Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Ombudsman İnstitutunun Baş katibi Y.Ziqelin 26 fevral tarixində Azərbaycanla bağlı yayımladığı bəyanata cavab olaraq, həmin təşkilatın prezidentinə, idarə heyətinə və institusional üzvlərinə açıq məktub ünvanlayıb. Doğrusöztv.Az bildirir ki, Ombudsman Aparatından verilən məlumata görə, məktubda qeyd edilib ki, Azərbaycanın işğaldan azad […]

Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur – Deputat

Erməni siyasətçilərinin, bu xalqa rəhbərlik etmək istəyənlərin, hakimiyyətə can atanlarının hər birinin başlıca şüarı millətçilik, “Böyük Ermənistan” yaratmaq xülyası, təcavüz yolu ilə torpaqları işğal etmək, erməniləri dünyada ən ali və qədim xalq kimi təqdim etməkdir. Çünki erməni xalqına rəhbərlik etmək üçün şans qazanmaqdan ötrü başqa yol yoxdur. Doğrusöztv.Az bildirir ki, […]

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.  Xəbər yenilənəcək

Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Milli Məclisin 2021-ci il martın 9-da keçiriləcək iclasının gündəliyi məlum oldu. Doğrusöztv.Az-ın məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). […]

İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)

Ağdam rayonunda idarə rəisi minaya düşüb. Doğrusğztv.Az-ın məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb. Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.

Sabiq icra başçısının həbs müddəti uzadıldı

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. DOĞRUSÖZTV.AZ “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Şəhla Abdullayevanın sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, V. Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb. Qeyd edək ki, […]