Bu yol tam bağlanır

Sabah (3 sentyabr, saat 06:00-dan başlayaraq) Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət […]

Diplomatiyadan parlamentə…

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlanıb. “Qafqazinfo”nun məlumatına görə, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin də lider namizədi məlum olub. Belə ki, bu dairədən 55.9 faiz səslə deputat seçilmiş namizəd Polad Bülbüloğludur. O, YAP-dan namizəd Leyla Babışovanı və Azad Vətən Partiyasının namizədi Akif Nağını qabaqlayıb. Xalq artisti Polad Bülbüoğlu […]

“Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər”

“Dünənki seçkilər münasibətilə sizi təbrik etmək istəyirəm. Seçkilər demokratik və azad şəkildə keçirilib”. Bunu Serbiyanın XİN rəhbəri Marko Curiç Bakıda xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan hökuməti, parlamentlə işləməyə hazırdırlar: “Bu əməkdaşlıq prezidentlərimizin strateji vizyonu sayəsində daha da güclənib. 20 ildən artıqdır ki, […]

Prezidentlə xanımı Kəlbəcərə getdi – Yenilənir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.  *** Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda […]

Ən yüksək və ən aşağı səs faizini onlar topladı – Siyahı

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. İlkin nəticələrə əsasən, ən yüksək səs faizi toplayan  şəxs 112 saylı Zaqatala seçki dairəsindən Əsgərov Asif Yunis oğludur. Əvvəllər bu rayonda 3 il müddətinə icra başçısı olmuş A.Əsgərov 12 min 942 səs alaraq ümumi səslərin 80 faizini toplayıb və […]

Cəsədlərin hamısı tapıldı – Axtarış başa çatdı

Rusiyanın Kamçatka yarımadasında qəzaya uğramış Mi-8 helikopterinin göyərtəsində bütün şəxslərin cəsədləri tapılıb. Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb. “Xilasedicilər 22 nəfərin cansız bədənlərini aşkarlayıb. Onlardan 19-u turist, 3-ü ekipaj üzvüdür”, – məlumatda deyilir. Rusiya FHN axtarışların başa çatdığını açıqlayıb.  Xatırladaq ki, avqustun 31-də yoxa çıxmış helikopter […]

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Abituriyentlər ixtisas seçim ərizəsi formasında ali təhsil müəssisələrinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin […]