Əlillik təyin olunan şəxslərin sayı açıqlandı

Bu ilin yanvar-avqust ayları ərzində 32,5 min şəxsə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.  Bildirilib ki, onlardan 16,3 mininə ilkin, 16,2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin […]

“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”

“Təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olmuşdur. Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında olmuşdur”. Bu fikirləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsləndirib. Dövlət başçısı xatırladıb ki, beynəlxalq […]

İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı – Fotolar

İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb. “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında […]

Hərbçimiz odlu silahla özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Faktla bağlı cinayət işi başlanıb. Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən […]

TDT daxili işlər nazirləri görüşdü 

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin 1-ci Toplantısı keçirilib. Bu barədə Türkiyə XİN Ali Yerlikaya “X” platformasındakı paylaşımında bildirib. Məlumatda bildirilir ki, Toplantıda Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov və Özbəkistan […]

Tovuzda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Tovuzda kütləvi dava olub. Hadisə ötən gün qeydə alınıb. 2000-ci il təvəllüdlü Səfərov Samir Elburus oğlu və 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu aralarında yaranmış şəxsi münasibətlər zəmnində Məmmədov Xalid Məhəmməd oğlu və 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğluna bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Faktla bağlı araşdırma aparılır.

Lavrov: Rusiya Ukrayna ilə nizamlanmaya dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır

“Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır, ancaq yeni reallıqlar əsasında…” Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində deyib. Lavrovun sözlərinə görə, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir: “Bu prinsiplər […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən […]

İsmayıllıdakı əməliyyatla bağlı detallar açıqlandı – Rəsmi

İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonunun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə […]