Fərid Əhmədova müavinlər təyin edildi

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar. Bu barədə Prezident Sərəncam imzalayıb. Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.  2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında […]

NİİM-dən müraciət: bunu edənlər cərimələnəcək

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar: “Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil […]

Bakı aeroportundan səyahətçilərə tövsiyə – Əlavə vaxt planlaşdırın

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti müraciət yayıb. Aeroport sərnişinlərə səfərlərini bu halları nəzərə alaraq planlaşdırmağı və hava limanına rahat çatmaq üçün əlavə […]

Toyda öldürülən 27 yaşlı İlkinin FOTOsu

Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. Yenixeber.org xəbər verir ki,  hadisə axşam saatlarında rayon mərkəzində baş verib. İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi […]

KİV: İsrail Suriyadakı İranın raket istehsalı bazasını vurub

İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Bildirilib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir. Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə […]

Prezident fərman imzaladı

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Elektron ipoteka və kredit zəmanət” […]

Mehriban Əliyevadan Orxanla bağlı paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Orxan Aslanovla bağlı rəsmi instaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: “Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”

Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi

Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib. 41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib. İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin ona “səni öldürərəm ha”, – deyə cavab verib. Bu sözü eşidən kimi qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca […]

Mehriban Əliyevadan Lamiyəyə növbəti təbrik

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”