Müğənni Kərim toyda döyülüb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb. Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Lent.az-ın əldə etdiyi məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Araşdırma […]
Pezeşkian İraqa getdi
İran Prezidenti Məsud Pezeşkian İraqa rəsmi səfərə yollanıb. Bu, Pezeşkianın İran prezidenti seçildikdən sonra xarici ölkəyə ilk səfəridir. O, səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani, eləcə də parlamentin spikeri Möhsin Əl-Mandalavi ilə görüşlər keçirəcək.
Azərbaycan nefti 3% ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 3% azalaraq 73,63 ABŞ dollarına bərabər olub.
Alimlər: Son 20 ildə metan emissiyaları kəskin artıb
ABŞ, Fransa, Avstraliya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu qlobal istiləşməni sürətləndirən güclü istixana qazı olan metan emissiyalarında əhəmiyyətli artım aşkar edib. Tədqiqat “Environmental Research Letters” (ERL) elmi jurnalında dərc olunub. Metan karbon qazı ilə müqayisədə planetin atmosferində istiliyi 23 dəfə daha səmərəli saxlayır. Təhlil göstərib ki, 2020-ci ildə dünyada […]
Bakıda bu yollarda sıxlıq var -SİYAHI
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə […]
Altı ölkənin xüsusi təyinatlıları birgə təlimdə – Video
Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib. Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub. Təlimlərin keçirilməsində məqsəd […]
Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində hərəkət 2 ay müddətinə qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması Cəngi ərazisində quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədardır. Qeyd edək ki, sözügedən yolda hərəkət qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə […]
“3-5 şagirdi olan məktəbin saxlanılması doğru deyil”
“Hər il qəzalı məktəblərin sayı azalır. Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb […]
Noyabrda bağçalar işləyəcək?
“Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin. Çünki çalışan analar üçün bağça önəmlidir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bu səbəbdən də də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək: “Sadəcə xüsusi […]
Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıb
Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.