Livanda peycer və simsiz rabitə cihazlarının partlaması nəticəsində ümumilikdə 879 nəfər həlak olub, onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridir. Bu barədə sosial media platformalarında iddia olunub. Bildirilib ki, bu, Hizbullahın hazırladığı daxili sənədlərin İsrailin hərbi kəşfiyyatı tərəfindən ələ keçirilməsindən sonra məlum olub. Qeyd edək ki, […]
İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoya Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli xanım Prezident, Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan ilə […]
Azadlıq Cəbhəsi Fransanın müstəmləkə zorakılığını pislədi
Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi rəsmi Parisin müstəmləkə zorakılığını pisləyib. Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi Sent-Lui qəsəbəsindən olan iki gənc kanakın öldürülməsini Kanakidəki vəziyyətin faciəvi təsviri kimi qiymətləndərib: Bəyanatda qeyd olunub ki, Fransa dövləti Numea və Matinyon müqavilələrindəki vədlərə xəyanət edərək asayişi qorumaq bəhanəsi ilə müstəmləkə rejimini saxlamaqda israr edir: “Müstəmləkə altında […]
Təyyarədə qəribə olay: Yeməkdən siçan çıxdı, təcili eniş etdilər
“Scandinavian Airlines” aviaşirkətinin Oslo-Malaqa reysi ilə uçan təyyarəsində qəribə hadisə baş verib. Norveçdə havalanan təyyarə bu hadisəyə görə Danimarkanın paytaxtı Kopenhagenə təcili eniş edib. Belə ki, sərnişinlərə təqdim olunan yeməklərdən birinin içindən siçan çıxıb. Bəxtinə “siçanlı yemək” düşən sərnişin qablaşdırmanı açan kimi diri olan siçan tullanaraq təyyarənin kabinində gözdən itib. […]
Bakının bu ərazilərində 1 gün su olmayacaq
Bakıda Xətai rayonunun bir hissəsinə suyun verilməsində birgünlük fasilə yaranacaq. Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 1000 mm diametrli “Axpatilov” magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu ərazisində 23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək suyun verilməsində fasilə […]
Qarabağ Universitetinin yataqxanasından – Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. Yataqxanadan görüntüləri təqdim edirik:
Pənahəli xanın ocağından – Görüntülər
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Mədəniyyət naziri Adil Kərimli dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. […]
Prezident Qarabağ Universitetinin açılışını etdi
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Bu dəqiqələrdə dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşür.
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü ilə bağlı – Paylaşım
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Əziz həmvətənlər, Dövlət Suverenliyi Günü münasibətilə sizi təbrik edirəm! Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!”
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün – sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Prezident İlham Əliyev sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sənəddə vurğulanıb ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud […]