Prezident İlham Əliyev Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncam Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə imzalanıb. Nazirlər Kabineti altı ay müddətində […]
“Hizbullah” liderinin öldüyü təsdiqləndi
“Hizbullah” lideri Həsən Nəsrullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyü rəsmi olaraq təsdiqlənib. Bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb. “Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, – məlumatda deyilir. Qeyd edək ki, “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullahın qızı Zeynəb […]
Prezident Fərman imzaladı
Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: 1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə […]
Cənazəsi 27 gün sonra Türkiyəyə gətirildi – Foto
“Yeşilçam”ın unudulmaz aktrisası Ahu Tuğbanın cənazəsi 27 gün sonra Türkiyəyə gətirilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, onun nəşinin Amerikadan Türkiyəyə gətirilməsi uzun müddətdir gözlənilirdi. Bu gün aktrisa ilə Beyoğlu Atlas Kinoteatrında vida mərasimi keçiriləcək. O, Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Tuğa sentyabrın 1-i Mayamidə evində vəfat edib.
Xamənei Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
İranın ali rəhbəri Seyid Əli Xamənei Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın hədəfə alınmasından sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Məlumatı “Azad İran” yayıb. Məlumata görə, iclas İsrail ordusunun Beyrutun cənubunda “Hizbullah”ın mövqelərinə hücumundan və qruplaşmanın lideri Həsən Nəsrullahın hədəf alınmasından sonra çağırılıb. Qeyri-rəsmi mənbələrə görə, İsrail qruplaşması “Hizbullah”ın Beyrutdakı mərkəzi […]
“Azeri Light” bu gün neçəyə satılır?
Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 1,43% azalaraq 74,35 dollarına bərabər olub. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 75,43 dollara ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal […]
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü – Foto
Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə […]
Bitum daşıyan yük maşını aşdı, maye yola dağıldı – Foto
Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
ANIM GÜNÜ
Anım Günü Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən Şəhidlərin xatirəsinin anılması müharibənin başlandığı gün sentyabrın 27 – də keçirilir.Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bu gün saat 12 : 00 – da ölkəmizin bütün ərazisində […]
Polkovnik saxlanıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir. Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır. Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.