Bu gün – oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. […]
İsrail İranın nüfuzlu şəxslərini vuracaq – FT
İsrail İranın hücumuna cavab olaraq, neft obyektlərinə zərbə endirməklə Tehrana iqtisadi ziyan vura bilər. Bu barədə “Faynənşl Tayms” qəzeti mənbəyə istinadla məlumat yayıb. “Müxtəlif variantlar nəzərdən keçirilir, lakin İsrailin İranın neft hasilatı obyektlərinə hücum etməklə ölkəyə iqtisadi ziyan vurma ehtimalı böyükdür. İsrail alternativ olaraq İranın hücumda iştirak edən raket buraxılış […]
Cəbrayılda “Prestij-Kimya” MMC-nin təməli qoyuldu
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər. Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
Türk Dövlətləri Təşkilatı (TDT) özünü sülh və davamlı inkişafı möhkəmləndirməyə töhfə verməyə çalışan beynəlxalq münasibətlərin tamhüquqlu və nüfuzlu subyekti kimi elan edə bilib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı bəyanatında bildirilib. Qeyd olunub ki, 15 il əvvəl məhz bu gün Naxçıvan şəhərində […]
İran uçuşları bərpa etdi
İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava limanı məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib. Məlumatı İLNA informasiya agentliyi yayıb. Məlumata görə, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb. Bildirilib ki, bir müddət əvvəl oktyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.
Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var
Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib. “Report”un xəbərin görə, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət […]
G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək – Ev sahibi İtaliyadır
İtaliyanın baş naziri Corciya Meloni Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün G7 liderlərinin çağırışına ev sahibliyi edəcək. Bu barədə “Reuters” məlumat yayıb. Meloni kabinetinə bildirib ki, son hadisələr, o cümlədən İranın İsrailə raket zərbələri və Livanda artan qeyri-sabitliklə bağlı “dərin narahatlıq” var. Xatırladaq ki, İran İsrail ərazilərinə yüzlərlə raket atıb.
Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı – Foto
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğluya Vladimir Putinin fərmanı əsasında “Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” Aleksandr Nevski ordenini təqdim edib. Təqdimat mərasimindən görüntüləri Rusiya mətbuatı bu gün yayıb. P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti […]