“İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq”

İran İsrailin mümkün zərbələrinə cavab olaraq ölkənin neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyini açıqlayıb. Bu haqda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinin komandanının müavini admiral Əli Fədəvi danışıb. “İsrail yenidən səhv etsə, biz onların bütün enerji mənbələrinə, stansiyalarına, neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyik”, – deyə […]

Tural Niftalıyev müəllimləri belə təbrik etdi

Təqaüddə olan polis zabiti, ictimai fəal, Tural Niftalıyev 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrik ünvanlayıb.T. Niftalıyev təbrikə Ümummilli Lider Heydər Əliyevin kəlamını xatırlatmaqla başlayıb.” Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqlarının tərbiyyəsini yalnız ona etibar edir “Əziz müəllimlər!Uzun illər Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat […]

“Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”

“Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi”. Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib. “O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun […]

Ukraynada daha bir azərbaycanlı həlak oldu – Fotolar

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub. Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib. Qeyd edək ki, son günlərdə Rusiya-Ukrayna müharibəsi zonasında bir neçə […]

“Mənim telefonum bağlıdır” – Santuş

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib. O, konfransda “Neftçi”də heyətə düşə bilməyən Emin Mahmudovun milliyə niyə çağırıldığı ilə bağlı suala cavab verib. “Çünki keyfiyyətli futbolçudur. Bəzi keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz […]

Yutubdan yenilik

Yutub “Shorts” qısa videolarının müddətini bir dəqiqədən üçə qədər artıracaq. Dəyişikliklər oktyabrın 15-dən qüvvəyə minəcək. Videohostinq rəhbərliyinin məlumatına görə, bu, məzmun yaradanlar arasında ən çox tələbat olan format olub.  Bildirilib ki, yutub, həmçinin hesabın ana səhifəsində daha az “Shorts” videoların görülməsinə imkan verən funksiya da tətbiq edəcəklər.

Bakıda qətlə yetirilən məktəblinin FOTOSU

Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 2008-ci il təvəllüdlü Həsən Quliyev qətlə yetirilib.  Qətlə yetirilən yeniyetmə 71 nömrəli orta məktəbin 11-ci sinif şagirdi olub. Faktla bağlı saxlanan yeniyetmə barəsində ”qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə” maddəsi ilə cinayət işi başlanıb.

Hava Limanı yolunda sürət həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. “Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual […]

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

 İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb. Ermənistanın bu raket […]