Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə […]
Prezident Moskvada iclasda iştirak edir – Yenilənir
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Prezident İlham Əliyev iclasda iştirak edir. Əvvəlcə birgə foto çəkdirilib.
Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura həftəsonu keçirilən oyunlarla yekun vuruldu. Bununla həm də 4 dövrədən ibarət çempionatda I dövrə arxada qaldı və komandalar məcburi istirahətə yollandılar. Səbəb yığmaların UEFA Millətlər Liqasında keçirəcəkləri oyunlardır. Azərbaycan millisi də qarşıdakı günlərdə iki görüşə çıxacaq. Daha konkret desək, Fernandu Santuşun rəhbərlik etdiyi […]
Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub – YENİLƏNİB
Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Azərbaycan Prezidentini salamlayan Prezident Vladimir Putin dedi: -Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar, həmkarlar. Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk. Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, […]
“Azərbaycanla münasibətlər müsbət inkişaf edir” – Putin
“Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib. Rusiya Prezidenti vurğulayıb: “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan […]
“Bu, Prezident Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”
“Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib. Dövlət başçısı qeyd edib: “Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust […]
NATO Cənubi Qafqaza girməyə can atır: Ermənistan poliqona çevrilir – ŞƏRH
Ermənistanla NATO arasında əlaqələr son illər yeni mərhələyə daxil olub. Bu, təxminən 2018-ci ildən, yəni Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrə təsadüf edir. Belə ki, qərbyönümlü siyasətçi olan N.Paşinyandan özlərinin maraqları naminə istifadə edən böyük güclər oyunlarını davam etdirməkdədirlər.Məlum olduğu kimi, NATO və Rusiya bir çox regionlarda, […]
Sahibə Qafarova: Ölkəmizin etibarlı tərəfdaş kimi çıxış etməsi ilə bağlı fəxr edirik
Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova VII çağırış parlamentin payız sessiyası üzrə oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. “Biz də ölkəmizin belə mövqeyi ilə həmişə fəxr edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərdəki münasibətlərdə, həm də dünyanın qlobal […]
“Azeri Light” bir az da bahalaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.44 ABŞ dolları və ya 1.77% artaraq 82.91 dollarına bərabər olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ […]
“İranın əlində Amerika qanı var” – Harris
“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”. Bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb. “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, – Harris deyib. O, ABŞ-nin İranın […]