XİN: İran İsrailin son hücumuna cavab verəcək

İran İsrailin son hücumuna cavab verəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib. O bildirib ki, rəsmi Tehran son hücumlara cavab verməkdə qərarlıdır. Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana kütləvi zərbələr endirib, bir neçə obyekti vurub. İran Prezidenti Məsud Pezeşkian vurğulayıb ki, ölkəsinin istənilən cavabı balanslı […]

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Ə.Əsədov Gürcüstanda keçirilmiş İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi […]

Ordumuz dünyanın ən güclüləri sırasında…

Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb. Bunu ABŞ-ın “U.S. News and World Repоrt” nəşri tərəfindən təqdim olunan məlumatlar əks etdirir. Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Eyni zamanda siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb. “U.S. News and […]

Ermənistanın Bərdədə törətdiyi terrordan dörd il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Rəşid Behbudov […]

Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən 2025-ci il martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir. Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər. Yeni mövsüm çərçivəsində Bakı hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. […]

Livan İsrail ərazisinə 15 raket atıb

İsrailin şimal bölgələri Livan ərazisindən yenidən atəşə tutulub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hərbçilər Livan ərazisindən təxminən 15 raketin atıldığını aşkarlayıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. “Mərmilərin bir hissəsi zərərsizləşdirilib”, – məlumatda qeyd olunub. Xəsarət alanlar və dağıntılar barədə […]

İstirahət günü leysan yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli yağışın olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntı səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. […]