ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır – Siyahı

COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir, 15 marşrutun fəaliyyəti dayandırılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu proses 11-22 noyabr tarixlərini əhatə edəcək. Dəyşikliyə əsasən: – 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı […]

Üçrəngli bayrağınla məsud yaşa!

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali […]

COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır

Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır. COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər “İticket.az”dan bilet əldə edə bilərlər. Məhdud sayda olan biletlər pulsuz veriləcək. Müəyyən tarix üçün nəzərdə tutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq. Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək COP29 konfransı 11-22 noyabr aralığını əhatə […]

Amsterdamda israilli azarkeşlərə hücum – 10 yaralı

Amsterdamda İsrailin “Maccabi Tel Aviv”lə Niderlandın “Ajax” klubları arasında baş tutan futbol matçından sonra insident yaşanıb.Oyundan sonra maskalı şəxslər israilli azarkeşlərə hücum edib.  Hücum edən şəxslərdən bəziləri Fələstinə dəstəklə bağlı şüarlar səsləndirib.  Bununla yanaşı, həmin şəxslər İsrail vətəndaşlarının yerləşdiyi hotellərə daxil olmağa cəhd edib.  Hücumun Amsterdamın bir neçə hissəsində qeydə […]

Prezident: Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq

Şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində […]