Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə araşdırmalar aparılıb. Həmin cinayət işi üzrə […]

“Həzi Aslanov” stansiyasında təmir başlayır

“Noyabr ayının 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır”.  Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir: “İstismar […]

Nazir rəisi işdən çıxardı – Yeni təyinat

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, rəis Elmir Quliyev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə polkovnik-leytenat Əlfağa Ağayev bu vəzifəyə təyin olunub.(Qaynarinfo)

Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər – ŞƏRH

İndiki Ermənistan ərazisindəki Qərbi Azərbaycan bir reallıqdır və bu gerçəklik gün kimi aydındır. Ermənistanın baş naziri Nikol Paşinyan hələ ki Qərbi Azərbaycanın adını çəkir. Onu çox savadsızcasına uydurma Qərbi Ermənistanla müqayisə edirlər. Ermənistan, işğalçı və təcavüzkar ruhlu konstitusiya aktında Türkiyənin bu ərazisinə iddia etdiyini də gizlətməyib. Rəsmi İrəvanın Qərbi Azərbaycan […]

Yaşar Gülər: Bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağıq

Türkiyə daim dostlarının yanındadır. Bu çərçivədə, ilk növbədə, can qardaşımız Azərbaycanın hər zaman yanında olduq və olmağa davam edirik.Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin 2025-ci il büdcəsinin müzakirə edildiyi TBMM Plan və Büdcə Komissiyasında qurumun fəaliyyətləri ilə bağlı təqdimat keçirərkən deyib. Nazir Qafqazda regional sülh və sabitliyin Azərbaycan-Ermənistan […]

Polşa Prezidenti: İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırıq

Polşa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Bunu Polşa Prezidenti Andjey Duda İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda sülh Avropa qitəsi üçün də vacibdir. “Əgər buna ehtiyac olarsa, biz Azərbaycanla münasibətlərin normallaşmasına kömək etməyə hazırıq. Ermənistan həmişə Polşaya […]

Autizmin erkən aşkarlanması və reabilitasiyası üçün dövlət proqramının qəbulu vacibdir – TƏKLİF

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyində 12 məsələ yer alıb. Deputatlar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsini davam etdirəcəklər. Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 […]