Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində V tur oyununa çıxacaq.Ağdam təmsilçisi evdə Fransa “Lion”u ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa LiqasıLiqa mərhələsi, V tur28 oktyabr 21:45. “Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa) Hakimlər: Nenad Minaković, […]
İlham Əliyev Fərman imzaladı
Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bu Qaydalar işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə icarəyə verilməsi nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə investisiya müsabiqələrinin […]
Prezident onu rektor təyin etdi – Sərəncam
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.
Siyavuş Kərimi vəzifəsindən azad olundu
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Xalq artisti Siyavuş Kərimi 2001-ci ildən rektor idi.
Yağıntılı hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində noyabrın 28-dən 29-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli […]
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili […]
Sahil Babayev: “Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb”
Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: “Əmək müqavilələrinin […]
Sahibə Qafarovadan deputatlara irad – “Sizə qulaq asdıqca…”
Milli Məclisin sədri deputatlara irad bildirib. Spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirən millət vəkillərinə üz tutub. “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə […]
“Azeri Light”ın qiyməti artdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.52 ABŞ dolları və ya 0.70% artaraq 75,22 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 74,70 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ […]
İsraillə “Hizbullah” arasında atəşkəs qüvvəyə mindi
İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. Bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb. Razılaşmanın yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 06:00) qüvvəyə mindiyi bildirilib. Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində […]