“Müharibəni dayandırmağa hazırıq” – Zelenski

 Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib. Bu barədə o, “Sky News”a müsahibəsində deyib. “Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt […]

Sabahdan bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.  Bu bardə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.  Bildirilib ki, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq: “Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər […]

Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir – ŞƏRH

Qərb Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində iqtidar partiyasının qələbəsini həzm edə bilmir. İnqilab, qarşıdurma çağırışları paytaxt Tbilisini bürüyüb, hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirilir, ölkə faktiki xaosa sürüklənir. Qərb mediası və siyasi dairələrində Gürcüstanın yeni inqilabın astanasında olduğu qabardılır. Son aylar ABŞ və Avropa İttifaqı (Aİ) davamlı olaraq Gürcüstana təzyiq […]

AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir

Sabahdan “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edəcək. Uçuşlar hər gün yerinə yetiriləcək. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün bu linkə keçid etmək olar: https://bit.ly/azal-app.

Qızıl qaçaqmalçılığı ilə bağlı daha bir azərbaycanlı Türkiyədə saxlanıldı

Qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir. O da qeyd olunub ki, araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta […]

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Öz arzusu ilə işdən çıxan ədliyyə işçilərinə birdəfəlik müavinət veriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə […]

Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub

Bakı Hərbi Məhkəməsinə iş yükünün çox olması səbəbindən üç hakim ezam olunub. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədov və Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu gündən onların icraatına cinayət işləri veriləcək.

“Qarabağ”ın futbolçusu “Ferents Puşkaş” mükafatına namizəd olub

“Qarabağ”ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin “Ferents Puşkas” mükafatına namizəd olub. 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb. Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada […]

Büdcə müzakirələri komitədə DAVAM EDİR

Milli Məclisin komitələrində büdcə müzakirələri davam edir. Bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək. Gündəlikdə aşağıdakı məsələlər var: 1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  (ikinci […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Tbilisi prospekti, […]