Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Müraciətdə bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır. Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu […]

Hava Limanı yolunda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri […]

Bu yollar tıxaclıdır – Siyahı

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz […]

Sevgilisindən bir milyona yaxın pul tələb edirmiş – Ev dustaqlığına buraxıldı

Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb. Bu barədə “Qafqazinfo”ya onun vəkili Salman Qasımov məlumat verib. Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib. Bakı Apellyasiya Məhkəməsi müvəkkili haqda seçilmiş 4 aylıq […]

Ağıllı saatlarla qan təzyiqini ölçə biləcəyik

“Apple” şirkəti ağıllı saatlarla qan təzyiqinin ölçülməsi üçün yeni texnologiyanı patentləşdirib. Bu patent gələcək “Apple Watch” modellərində qan təzyiqi ölçmə funksiyasının ola biləcəyini göstərir. Bu yeni texnologiya qeyri-optik üsuldan istifadə edərək qan təzyiqinin ölçülməsini daha dəqiq və etibarlı edə bilər. Patentdə təsvir edilən üsul şişirilən hissə və təzyiq sensorundan istifadə […]

Neftimiz bahalaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 dollar və ya 0,7 faiz artaraq 75,37 dollar olub. Xatırladaq ki, ötən gün neftimiz 74,84 ABŞ dollarına ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal […]

Dekabrın ilk gününün havası

Dekabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti […]

Ən xoşbəxt insanlar həftə sonlarını necə keçirirlər? 

Xoşbəxtlik tədqiqatçısı Kessi Holms düşünür ki, bir çoxumuz həftə sonlarımızı səhv keçiririk. Düzgün istirahət əvəzinə insanların həftə sonları daha çox ev işlərinə, işə və ya digər gündəlik işlərə sərf olunur. Nəticədə bazar ertəsi gələn kimi yorğunluq hiss edilir. Holms özünün “Xoşbəxt saatlar” kitabında həftə sonunu ən yaxşı şəkildə keçirməyə və […]

2 yaşlı uşaq xəstəxanada öldü

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb. Hadisə ötən gün axşam saatlarında baş verib. Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

“Qaraheybət” faciəsindən 3 il ötür

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 3 il ötür. Hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib. Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb: 1. polkovnik Cavadov Fizuli […]