UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna bu gün yekun vurulacaq. İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Budyo Qlimt”in qonağı olacaq. Səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşacaq “Qarabağ”ın rəqiblərindən FKSB (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gələcək. “Olimpiakos” (Yunanıstan) isə […]
Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq
Bu gün Abşeron rayonu, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə dekabrın 12-də saat 10:00-dan “Müşfiqabad”, “Ceyranbatan” və “Pirəkəşkül” qaz paylayıcı […]
Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.Həmin paylaşımı təqdim edirik:
Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım – Foto
Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı rəsmi sosial şəbəkə hesablarında foto paylaşıb.Həmin fotonu təqdim edirik:
Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Ulu Öndərin vəfatından 21 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona […]
Bakıya sulu qar yağacağı gözlənilir
Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib. O bildirib ki, yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında […]
Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik […]
Əfsanəvi futbolçu Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə görüşüblər
Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin “İnter Mayami” klubundakı komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakı Kristal Zalında fanatları ilə görüşüblər. Azarkeşlərin dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə “Natiq” ritm qrupunun çıxışı olub. Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) […]
Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması – ŞƏRH
Rusiyanın sponsorluq etdiyi təşkilatlarla münasibətini qətiləşdirmədən Ermənistan Avropa İttifaqının (Aİ) qapısını döymək istəyir.Dekabrın 10-da “Ermənistan Respublikasının Avropa İttifaqında üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin dəstəklənməsi üçün toplanan 52 min 351 imza Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. MSK imzaları təsdiqləyib. Ermənistanın “Referendum haqqında” konstitusiya qanununa əsasən, təşəbbüs qrupunun qanun layihəsini […]
Bakıda bəzi prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir
Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb. Layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən […]