Onları 7 min manatadək cərimə gözləyir – Prezident təsdiqlədi

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələr artırılıb. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək. […]

Əsgərlikdən möhlət verilməsi ilə bağlı da dəyişiklik olacaq

Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir.  Bu, Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.  Dəyişikliyə əsasən, Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya […]

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunub. Dəyişikliyə əsasən, üç təhsil pilləsi üzrə – kolleclərdə təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək (hazırda 22), bakalavriatda təhsil […]

Türkiyə və ABŞ Suriya ilə bağlı razılığa gəliblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Suriya ilə bağlı bəzi məsələlər üzrə razılığa gəliblər. Ankarada keçirilən görüşdə tərəflər Suriyada sabitliyin ən qısa zamanda təmin edilməsinin, PKK-nın orada hökmranlığının qarşısının alınmasının prioritet olduğunu vurğulayıblar. Görüşdə, eləcə də Suriyadakı sabitliyinin həlli yolları müzakirə edilib.

“Yüksəkixtisaslı miqrant”lara və ailə üzvlərinə bir sıra güzəştlərin verilməsi ilk oxunuşda təsdiqlənib

“Yüksəkixtisaslı miqrant”lara və ailə üzvlərinə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir. Bununla bağlı Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, sənədlərdə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və […]

Şənbə günü Bakıya sulu qar yağacaq – PROQNOZ

Azərbaycanda dekabrın 14-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qara keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində, sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə və […]

Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Report”un yerli bürosunun məlumatına görə, 132/110/10 kilovoltluq sistem əhəmiyyətli “Culfa” yarımstansiyasında aparılacaq cari təmir işləri ilə əlaqədar dekabrın 14-də saat 10:00-dan 11:00-a qədər Culfa şəhəri, Yaycı, Gülüstan və Dizə kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə olacaq.

Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları […]

Hakimlik üçün imtahan keçiriləcək

Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları […]

DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Müraciətdə bildirilib ki, sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında külək müşahidə olunan yağış […]