Həmin faciədən 7 ay əvvəl də yanğın olub – Gizlədibmişlər

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb. Bu iş üzrə – Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə […]

DTX-dən əməliyyat: Təxribat planlaşdıran ekstremist qruplaşma ifşa edildi

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları – 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu […]

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklikləri I oxunuşda qəbul edib

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib. Bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” […]

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanacaq

Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib. “Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur”, […]

Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin […]

Tibbi maska və onun istehsalı üçün xammal idxalına gömrük güzəştinin müddəti uzadılıb

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və […]

Qırğızıstanda Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq sərəncamı Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb. “Qırğız Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, – Prezidentin mətbuat xidməti bildirib.

Bu yollar yenə tıxaclıdır – Siyahı

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli […]