Azərbaycana ötən il turist axını 26 % artıb

2024-cü ildə Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, 2023-cü illə müqayisədə 26 % çoxdur. Təkcə ötən ilin ancaq dekabr ayında isə ölkəyə 202 440 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 11 % çoxdur. Hesabat […]

Rəsmi Bakının antikolonial çıxışları – Fransa prezidentinin əsassız iddiası – ŞƏRH

Fransa prezidenti Emmanuel Makron ənənəsinə sadiq qalıb, 2024-cü ildə olduğu kimi, bu il də Azərbaycana qarşı mübarizəni prioritet elan edib. O, səfirlərlə görüşündə Azərbaycana qarşı əsassız iddia və real faktları təhrif edən təxribat dolu açıqlamaları ilə gündəmə gəlməyə çalışıb. İddia edib ki, Azərbaycan Fransanın daxili işlərinə qarışır. “Ermənistana münasibətdə Rusiya […]

Bu işçilərin maaşı artırıldı – Sərəncam

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.  Sənədə əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılır: – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və […]

Gələn həftə Milli Məclisin deputatları tətildən qayıdacaq

Gələn həftə Milli Məclisin deputatları tətildən qayıdacaq. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Bundan başqa, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər […]

“Bakı Metropoliteni”: Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb

“Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Bu barədə səhmdar cəmiyyətini açıqlamasında bildirilir. “Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb”, – deyə açıqlamada qeyd olunub.

Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası – ŞƏRH

Ermənistan cəmiyyəti, ermənilər kələfin ucunu itirib. Çünki illər uzunudur yalanlar, xülyalar, saxta tarix əsasında yaşayıb, tərbiyə olunublar. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan “Erməni tarixi”nin 2-ci cildinin birinci hissəsini oxuyub bitirdiyini deyərək, ondan alınacaq dərsdən danışıb: “Bu kitab Ermənistan Respublikasının maraqları baxımından hazırlanmayıb. Biz tarixdən bir dərs aldıq: real […]

Fransalı nazir: 2024-cü ildə ölkədə doqquz terror aktının qarşısı alınıb

Fransa xüsusi xidmət orqanları respublika ərazisində planlaşdırılan doqquz terror hücumunun qarşısını alıb. Bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo “Le Parisien” qəzetinə müsahibəsində bildirib. “Təhlükə heç vaxt bu qədər real olmayıb. 2024-cü ildə xüsusi xidmət orqanlarımız ölkə ərazisində islamçılar tərəfindən törədilməsi planlaşdırılan ən azı doqquz terror aktının qarşısını alıb, […]

İntensiv yağış yağacaq, gündüz tədricən kəsiləcək

Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Yağıntılar gündüz tədricən kəsiləcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 […]

Çində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Çində 53 nəfərin həyatına son qoyan 6,8 maqnitudalı zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Ölkə rəhbərliyi regiona 22 min ədəd zəruri ləvazimat və 1500-dən çox xilasedici göndərib. Xatırladaq ki, Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər […]