Qadınların təhsil səviyyəsinin artırılması önəmlidir.Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrinə əsasən demək olar ki, oxuma qabiliyyəti baxımından 10 yaşına çatan qızların […]
Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan tərcüməçi və vəkillə təmin olunub. […]
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada […]
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə
Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H. Ələsgərov, H. […]
“Neftçi” bu gün “Zirə” ilə üz-üzə gələcək
“Neftçi” Misli Premyer Liqasının XXII turunda bu gün “Zirə” ilə üz-üzə gələcək. Oyun Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. “Qartallar” 39 xalla üçüncü, “ağ-qaralar” 21 xalla yeddinci pillədə qərarlaşıb. Günün ilk matçında isə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da, saat 16:00-da başlayacaq. Naxçıvan təmsilçisi 43 […]
Britaniya səfirliyi: Azərbaycanın Ukraynaya dəstəyini alqışlayırıq
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi və bu ölkəyə növbəti humanitar yük partiyasının göndərilməsini alqışlayıb. Bu barədə səfirliyin sosial şəbəkələrdəki paylaşımında bildirilib. “Azərbaycanın humanitar dəstək çərçivəsində Ukraynaya yardımın yeni partiyasını göndərməsini alqışlayırıq”, – paylaşımda qeyd olunub. Səfirlik vurğulayıb ki, Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək.
Üç ölkə prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək
Üç ölkənin prezidentləri 2025-ci il martın 13-15-də Azərbaycan paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək.Bunlar Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviçdir.
Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək.Qəbulda Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq. Bahar Muradovanın vətəndaş qəbulu fevralın 14-ü saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni nazir Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı […]
Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır
Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır”, – o bildirib. Bu yaxınlarda təyyarə qəzasının araşdırılması ilə bağlı ilkin hesabat açıqlanıb. Hesabatda təyyarənin gövdəsində aşkar edilən zədələrin […]