Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq

Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək. Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı […]

“İçərişəhər”ə yeni sədr təyin olundu

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Somali Prezidenti komando hərbi hissəsində olub

Azərbaycanda səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir Məhəmməd Nur fevralın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əvvəlcə hərbi hissədə […]

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər: “Vətən uğrunda” medalı ilə Babayev Azər […]

Trampın Putin və Zelenski ilə söhbəti – regional və qlobal sülhə artan ümidlər – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə vəd etdiyi təmas istiqamətində ilk addımı atıb. Fevralın 12-də iki lider arasında saat yarımlıq telefon danışığı olub. Tərəflərin diqqət ayırdığı başlıca mövzunun Rusiya-Ukrayna müharibəsi olduğu bildirilib.Bundan başqa onlar İranın nüvə proqramını, Yaxın Şərqdəki vəziyyəti, energetika, süni intellekt, dolların təsiri kimi məsələləri də […]

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? – TƏFƏRRÜATLAR

“Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib”. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib. O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən […]

Prezident: Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir

Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir. Bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim […]

Prezident: “Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək”

Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək. Bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb. “Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu […]

Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları, yaxud 1,7 % azalaraq 77,64 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]