UŞAQLARIN ÖRNƏKALDIĞI QƏHRƏMAN

Bu gün (25.02.2025 ) Şəki Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və təşviqat üzrə inspektoru, təqaüddə olan polis zabiti, ictimai fəal Tural Niftalıyevin doğum günüdür.Tural Niftalıyev 13 dekabr 2021- ci ildə Şəki Şəhər Təhsil Şöbəsi ( indiki Təhsil Sektoru) tərəfindən ” Uşaq və yeniyetmələrlə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində […]

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq […]

Ölkə üzrə fevral ayı üçün pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə DSMF məlumat yayıb. Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin […]

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

Bu gündən 2024/2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsinə başlanılıb. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I-X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Eyni zamanda bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq […]

Azərbaycan-Pakistan əlaqələri – iki milyardlıq əməkdaşlığa doğru – ANALİZ

Fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıya rəsmi dövlət səfəri edib. Ötən gün Prezident İlham Əliyevin və qonağı Məhəmməd Şahbaz Şərifin iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimi olub. Qeyd edək ki, ötən il iyulun 11-də dövlət başçısı İlham Əliyevin bu İslam Respublikasına səfəri zamanı da bir sıra […]

Aİ Ukraynaya nadir torpaq metalları üzrə saziş təklif edib

Avropa İttifaqı (Aİ) Ukraynaya nadir torpaq metallarının istifadəsi ilə bağlı öz sazişini təklif edib. Bunu Avropa komissarı Stefan Sejurne bildirib. “Avropanın ehtiyac duyduğu 30 kritik materialdan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən verilə bilər”, – S.Sejurne qeyd edib. O, potensial müqavilənin şərtlərini, Aİ ölkələrinin iddia etdiyi mineralları təqdim etməyib. […]

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.  Sərəncam Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.  Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin […]