Korrupsiya şikayətləri ən çox bu sahələrdəndir – SİYAHI

2024-cü ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşlar tərəfindən 10300 müraciət (ərizə və şikayət) edilib. Həmin müraciətlərin 4400-ü yazılı ərizə və şikayət, 5900-ü “161-qaynar xətt” əlaqə mərkəzinə edilən zəng olub. Modern.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında bildirilib. Yazılı ərizə və şikayətlərdən 52-si üzrə, […]

Kimlər Həcc ziyarətinə buraxılmır? – QMİ-dən CAVAB

Yanvarın 21-dən Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatına başlanılıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Zəvvarlar üçün ayrılan kvotanın sayı məlum deyil, ancaq ötən illə müqayisədə daha az olduğu bildirilir. Qeyd edək ki, 2024-cü ildə Həcc ziyarəti üçün kvota 1500 nəfər olub. Qafqaz Müsəlmanlar […]

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. O qeyd edib ki, […]

Lavrov: Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istəmir. Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində bildirib. O, Trampın NATO büdcəsində ÜDM-nin payı meyarına uyğun olan ölkələrə ABŞ-nin təhlükəsizlik zəmanətləri verməsi barədə sözlərini xatırladıb. “Lakin Tramp Zelenskinin rəhbərlik etdiyi […]

“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, martın 14-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri […]

Lökbatanın qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Lökbatan qəsəbəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, məqsədilə martın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci və 3-cü massivlərin, […]

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,11 ABŞ dolları, yaxud 0,15 % artaraq 72,92 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 71,15 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]

Bakıda, “Dərnəgül”də taxta bazarında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində […]

Əmlak Məsələləri Dövlət Xidmətinə yeni vəzifə verilib

Prezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edib.  Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.  Fərmana əsasən, Dövlət Xidmətinin vəzifələrinə “üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla […]

Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair […]