Mətbuat Şurasının yaranmasından 22 il ötür. 2003-cü ilin bu günündə ölkə jurnalistlərinin I qurultayında təsis edilmiş Şura ötən müddətdə missiya və səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanda media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində aktiv fəaliyyət göstərib. Qurum qabaqcıl xarici təcrübənin öyrənilib tətbiqində yaxından iştirak edib, müxtəlif qanunvericilik təşəbbüslərinin irəli sürülməsinə əməli dəstəyini göstərib. […]
Səudiyyə Ərəbistanı XİN: Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq
Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır. Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda vurğulanır ki, Ər-Riyad bu sazişin Cənubi Qafqazda sabitlik və inkişafın yeni mərhələsi üçün təməl olacağına ümid edir. “Krallıq beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, həmçinin inkişaf və rifah […]
Milli Məclis hökumətin hesabatını qəbul edib – YENİLƏNİB
Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib. Hesabat qəbul edildikdən sonra Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirir, qaldırılan məsələlərə aydınlıq gətirir. *** Hökumət Milli Məclisdə hesabat verir. Baş nazir Əli Əsədov hesabatı təqdim edir. Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis […]
Bako Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi idi
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib ki, qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinə tabe olub. O, qondarma rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi olduğunu deyib. B.Sahakyan qeyd edib ki, qondarma rejimin “müdafiə […]
Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana “hərbi əsir” təzyiqi – ŞƏRH
Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı nifrət və qərəzini nümayiş etdirdi. Qurum ötən gün qəbul etdiyi kağız parçası ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirmiş olub. Erməni lobbisinin Azərbaycanla bağlı qətnaməsi 523 səslə qəbul edilib, üç deputat sənədin əleyhinə səs verib, 84 nəfər bitərəf qalıb. Sənəddə Azərbaycanda Cinayət […]
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Saakaşvili iştirak etməyib. Sabiq prezidentin məhkəmədə iştirak etməməsinə səbəb səhhəti ilə bağlı olduğu bildirilsə də, vəkilləri bu barədə heç bir rəsmi arayış təqdim etməyib. Məhkəmə onun son söz […]
Bakının Həsən Əliyev küçəsindəki dairədə maşınla hərəkət məhdudlaşdırılacaq
Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, buna səbəb Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonunun Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının […]
Qarabağda qəbristanlıqlar üçün torpaq AYRILIB
Azad edilən ərazilər üzrə qəbiristanlıqlara ayrılan torpaq sahələrinin həcmi açıqlanıb. 2022-2026-cı illər ərzində müvafiq ərazilər üzrə şəhərlərdə və qəsəbələrdə qəbiristanlıqların tikintisi nəzərdə tutulub. Hesabata əsasən, bu istiqamətdə aidiyyəti qurumlar müvafiq işlərin icrasını davam etdirir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilər üzrə qəbiristanlıqlara Ağdam şəhərində 25,11 ha, Füzuli şəhərində 26 ha, […]
Bu dini icmalara pul ayrılıb – RƏQƏMLƏR
Rəsmi statistikaya görə, ölkədə ötən il 2000-dən çox məscid fəaliyyət göstərib. Bununla yanaşı, 16 kilsə, 7 sinaqoq və digər dinlərə aid ibadətgahlar mövcuddur. Rəsmi qeydiyyatdan keçmiş 1003 dini icmanın 957-si İslam dininə aid olsa da, xristian, yəhudi, bəhai və krişna icmaları da hüquqi statusa malikdir. Hazırda ölkəmizdə 2377 məscid, eləcə […]
Baş nazir Qarabağda görülən işlərdən DANIŞDI
Möhtərəm Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir. Bunu Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən Baş nazir Əli Əsədov bildirib. O qeyd edib ki, hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş […]