“Bax, biz belə şəhər qururuq!” – Prezident

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Ölkə başçısı yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edib. “Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də […]

İlham Əliyevlə birinci xanım Şuşada açılışlarda iştirak etdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.Dövlət başçısı və birinci xanım burada görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda […]

Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 26 nəfərə çatıb.Bu barədə “Yonhap” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Həmçinin 30 nəfərin xəsarət aldığı, 37 minə yaxın insanın evlərini tərk etməyə məcbur olduğu bildirilib. Məlumata görə, 325 obyekt, o cümlədən 117 yaşayış evi yanğından zərər çəkib. Ölkənin cənub-şərqində meşə yanğınları martın 21-də […]

Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini Stefania Ciannini ilə müvafiq sahədə davam edən əməkdaşlıq və perspektivləri müzakirə edib.Bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin mətbuat xidməti bildirib. “UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində […]

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub. Bu barədə xarici KİV məlumat yayıb.  Telefon danışığı zamanı xarici işlər nazirləri regional və beynəlxalq hadisələri müzakirə ediblər. Tərəflər həmçinin İsrailin Fələstin, Qəzza, Livan və Suriyaya hücumları, ABŞ-nin Yəmənə hərbi hücumu ilə bağlı fikir […]

Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl – Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.Məktubda deyilir: “Hörmətli cənab Prezident. Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram. […]

Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram […]