İran-ABŞ danışıqlarını onlar APARACAQ

İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Tehran və Vaşinqton arasında şənbə günü Omanda baş tutacaq dolayı danışıqlarda iştirak edəcəklər.Bu barədə “Nour News” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Tərəflər arasında birbaşa dialoq istisna olunduğu üçün danışıqlar Omanın xarici işlər naziri Bədr […]

Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı […]

İlham Əliyev: Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır

Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, qarşılıqlı səfərlər iki ölkə arasında dostluğun […]

AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA U-11 Liqasında hakimi təhqir edən “World Stars FA” komandasının baş məşqçisi Çıraq Behbudov 5 oyunluq diskvalifikasiya edilib. Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis İCBFA – “World Stars FA” görüşünün 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA Region Liqasında keçirilən […]

Azərbaycan İsraillə elm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və İsrail arasından elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. “İsrailə səfər çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik. İnnovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini […]

Nazir: Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı deyib. Nazir bildirib ki, bəzi elmi müəssisələrin birləşdirilərkən ixtisarlar olmayacaq: “Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur. […]

Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib. Nazirliyin “X” sosial media hesabında qeyd edilib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür. “1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 […]

Bu gündən Bakıdakı bağçalarda tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər. İştirakçılar ərizəyə […]

Göyçayda yas mərasimində evin eyvanı uçub, 5 qadın xəsarət alıb

Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub. Hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb. Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub.  Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il […]

DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxsin […]