Bakı Hərbi Məhkəməsində aprelin 10-da davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib. Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun […]
Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri – ŞƏRH
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Türk dünyasında ölkələr arasında münasibətlərin Azərbaycan üçün çox vacib olduğunu bəyan edib.Dövlət başçısının yeni düzəndə ölkənin rolu, maraqlarına dair məsələlərə münasibət bildirərkən Türk Dövlətləri Təşkilatının daha güclü quruma çevrilməsi üçün təşəbbüsləri artırmağa çağırıb. Ümumiyyətlə sovetlərin […]
Prezident və xanımı Türkiyədədir
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.
Daşkəsəndə hərbçi binadan yıxıldı
Daşkəsəndə 36 yaşlı kişi binanın üçüncü mərtəbəsindən yıxılıb. Hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini E.Hümbətov pəncərədən yıxılaraq xəsarət alıb. Onun həmin ünvana qonaq getdiyi, hadisənin də bu zaman baş verdiyi bildirilir. Xəstəxanaya çatdıran E.Hümbətovun vəziyyəti orta ağırdır. […]
Yeni qərarının səbəbini açıqladı
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə qarşı tətbiq edilən gömrük rüsumlarının hansı səbəbdən təxirə salınmasına aydınlıq gətirib.O bu barədə “The New York Times”a danışıb. Onun sözlərinə görə, ABŞ vətəndaşları və sahibkarlar yeni tariflərin tətbiq edilməsi xəbərindən sonra panikaya düşüblər. Bununla belə, Ağ Ev rəhbəri tətbiq etdiyi gömrük rüsumlarının fond […]
“Bizə müraciət edirlər ki, borca pul alsınlar” – Video
“Azərbaycan beynəlxalq maliyyə təsisatlarından aslılığını tamamilə azaltmışdır”.Bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib. “Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard […]
Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
Rafael Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzenin yanvarın 1-də 75 yaşı tamam olub. Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə […]
AvroLiqada 1/4 final başlayır
UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.“Tottenhem” evdə “Ayntraxt”la üz-üzə-gələcək. “Mançester Yunayted” səfərdə “Lion”un qonağı olacaq. “Latsio” Norveçdə “Budyo Qlimt”lə, “Atletik” isə səfərdə “Reyncers”lə qarşılaşacaq. UEFA Avropa Liqası 1/4 final, ilk oyunlar 10 aprel 20:45. “Budyo Qlimt” (Norveç) – “Latsio” (İtaliya) 23:00. “Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya) […]
Azərbaycan nefti kəskin UCUZLAŞDI
“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,54 ABŞ dollar ucuzlaşıb.Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,54 ABŞ dolları, yaxud 5,23 % azalaraq 64,11 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” […]
Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – nazirlikdən əlavə olunub.