Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulur

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.Bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik olunması təklif edilir. […]

Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb – YENİLƏNİB

Sumqayıt şəhərində baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu məlum olub. Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, şəhərdə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd qadın hospitalizasiya olunub. Müxtəlif bədən […]

Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb

Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin […]

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və […]

Azərbaycanda yeni medal təsis edilir

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək. Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin Hüquq siyasəti […]

Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb

İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb. Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

Tələbə faciəvi şəkildə vəfat etdi: yayda əsgər gedəcəkdi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi Əşrəf Mirzəyev ölüb. Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Ə.Mirzəyev yol-nəqliyyat hadisəsində həyatını itirib: “Çox ağıllı, mədəni, mehriban insan idi. Bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən […]

Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Azərbaycan şairi, Ukrayna ədəbiyyatı nümunələrinin tərcüməçisi, diplomat Abbas Abdullanın (1940-2019) anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzi olub. Ukrayna ədəbiyyatının ən görkəmli azərbaycanlı tərcüməçisi və tədqiqatçısı olan Abbas Abdulla […]

Azərbaycanda magistraturaya 129 ixtisas üzrə 925 ixtisaslaşma təklif olunur

Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirib ki, elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və Nazirliyin rəsmiləri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən elm və təhsil […]

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, […]