Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın […]

I sinfə elektron qəbul davam edir

Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyndən bildirilib. Qeyd edək ki, 17 iyun 2025-ci il saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul […]

Bakıda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırılıb

Bakıda fəaliyyət göstərən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi […]

Tanınmış meyxanaçı yenidən həbs edilib

“Mahir Ay Brat” kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib. Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Hazırda o tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Qeyd edək ki, M. Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət […]

İranın ABŞ-a qarşı güclü kozırı var – “Nyu-York Tayms”

Pentaqon rəsmiləri İranın cavab verə biləcəyi bütün mümkün yolları nəzərdən keçirirlər, çünki ABŞ prezidenti Tramp hələ son qərarını vermədiyini söyləyərək, nə edə biləcəyinə eyham vurur. Bu barədə “Nyu-York Tayms” qəzeti yazıb. İran Hörmüz boğazını bağlamaq üçün lazım olan dəniz qüvvələrini və digər imkanlarını özündə saxlayır. Vaşinqtondakı hərbi rəsmilər deyirlər ki, […]

Xarici diplomatlar Laçına getdilər

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib. Diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə ediblər.

Bakının bir sıra yollarında tıxac yaranıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq […]

Prezident: Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də hər zaman Azərbaycanın yanında olub

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Bu sözləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında söyləyib. Dövlət başçısı bildirib: “Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak edirlər – YENİLƏNİB

Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər. Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti tədbirdə […]