Bakıda neft quyusu yaxınlığında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 paq.m kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunun oyunları keçiriləcək
UEFA Avropa Liqasının əsas mərhələsində bu gün V turun oyunları keçiriləcək. Türkiyənin “Fənərbağça” klubu səfərdə Norveç təmsilçisi “Brann”la qarşılaşacaq. “Roma” isə səfərdə “Seltik”lə üz-üzə gələcək. UEFA Avropa Liqası Liqa mərhələsi, VI tur 11 dekabr 21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Betis” (İspaniya) 21:45. “Ferentsvaroş” (Macarıstan) – “Reyncers” (Şotlandiya) 21:45. “Yanq Boys” […]
İlham Əliyev Keniya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev keniyalı həmkarı Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq […]
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası təsdiqlənib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, icrası davam etməkdə […]
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Bakının iki rayonunun qazı KƏSİLƏCƏK
Sabah Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın […]
Kartına pul gələn işçilər sığorta ödəyəcək – EKSPERT
Milli Məclis plenar iclasında büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında son günlərdə ən çox müzakirə olunan “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər də yer alır. Hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi […]
Ermənistan-Avropa İttifaqı dueti – İrəvanın saxtakarlıqlarına Brüsseldə tutulan züy – ŞƏRH
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım edə bilmir. Bu azmış kimi, iki ölkənin bir-birinə yaxınlaşmasına, etibar və etimad etməsinə də mane olur. Rəsmi İrəvan da Aİ-nin mövqeyindən Azərbaycana qarşı dilə gətirə bilmədiyi hikkə və iddiasını reallaşdırmaq, yaxud rəsmi Bakıya təzyiq aləti olaraq yararlanmağa çalışır. Bu il dekabrın 2-də Brüsseldə […]
Əlilliyi olan şəxslərin reabilitasiyasında dövlət icbari sığorta vəsaitindən istifadə olunacaq
Hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reablitasiya vasitələri ilə təmin edilməsi üçün də istifadə edilir. Parlamentin qəbul etdiyi yeni qanunvericilik aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün də istifadə edilməsini nəzərdə tutur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən […]
Dərs vaxtı bu müəllimlərə məzuniyyət veriləcək
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları […]