Prezident İlham Əliyev Elçin Rzayevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
NAZIR YENI RƏISI KOLLEKTIVƏ TƏQDIM ETDI
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mühafizə İdarəsinin yeni rəisi polis polkovniki Nurullah Məmmədxanlını kollektivə təqdim edib. Doğrusöztv.az -ın məlumatına görə, nazir N.Məmmədxanlını şəxsi heyətə təqdim edib, Baş Mühafizə İdarəsinin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda […]
KAMRAN ƏLIYEV IKI RAYONA YENI PROKUROR TƏYIN ETDI
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. Doğrusöztv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin […]
İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb
“Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb”. Doğrusöztv.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib. O bildirib ki, Milli Məclisdə Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparılır. Qeyd edək […]
Müdafiə naziri təlimlərdə məruzələri dinləyib, qoşunlar start mövqelərinə çıxarılıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə cəlb edilən qüvvə və vasitələrin […]
XİN: Qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb. Doğrusöztv.Az APA-a istinadən bildirir ki, açıqlamada deyilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir: “Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət […]
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Dövlət İmtahan Mərkəzi 1 mart 2020-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş şagirdlərə müraciət edib. Doğrusöztv.Az bildirir ki, DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri […]
Hikmət Babaoğlu: “Yeni DOST mərkəzinin açılması gənc peşəkarların idarəetməyə cəlb edilməsidir”
“Bu gün dünyada baş verən sosial iqtisadi kataklizmlər kontekstində dövlətlərin sosial siyasəti və sosial təşəbbüsləri bir növ sınaq mərhələsindən keçir”. Doğrusöztv.Az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ayrı-ayrıı ölkələrin fərqli təcrübəsi yaranır: “Ancaq heç də […]
Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb. Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən azad edilib. Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb. S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik […]