Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb. Doğrusöztv.Az bildirir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər. Qala-konsertdə Xalq artistləri Rauf […]
Prezident İlham Əliyev Cıdır düzündə bir daha “Qarabağ Azərbaycandır” dedi – VİDEO
Doğrusöztv.Az bildirir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-də start verilən “Xarıbülbül” musiqi festivalı bu gün qala-konsertlə davam edib. Konsertin sonunda Azərbaycan Prezidenti səhnəyə gedərək sənətçilərlə görüşüb və onlarla birgə “Qarabağ Azərbaycandır” deyib. Həmin görüntüləri təqdim edirik:
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-də start verilən “Xarıbülbül” musiqi festivalı bu gün qala-konsertlə davam edib. Doğrusöztv.Az xəbər verir ki, konsert çərçivəsində Ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarxın nümayişi zamanı Prezident İlham Əliyev kövrəlib. Həmin anları təqdim edirik:
Azərbaycanlı deputat 29 il sonra Şuşadakı evinə getdi
“Bu il Ramazan bayramı dövlətimiz və xalqımız üçün, o cümlədən, 29 il bundan əvvəl öz torpaqlarından didərgin düşmüş və artıq Qarabağa geri dönən Azərbaycan vətəndaşları üçün çox əlamətdar oldu. Biz böyük fəxarət və qürur hissi ilə Ramazan bayramını Qarabağda, doğma Şuşamızda qeyd edirik”.BiG.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağa […]
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
“Bütün dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirəm. Onlara Allahdan xoşbəxtlik arzu edirəm. Bilirsiniz ki, Qurani-Kərim də bu ayda göndərilib. Bu gün biz bu müqəddəs ayı yola salırıq. Allah gələcəkdə də bizə bu ayda oruc tutmağı nəsib eləsin”.Oxu.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə […]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Mayın 10-da xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni […]
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib. Doğrusöztv.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib
Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verdi.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Doğrusöztv.Az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib. Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin – bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümüdür. O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan […]