Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayına aid pensiyaların ödənişi həyata keçirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Dogrusoztv.az-a bildirilib. Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək və ödəniş tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Pensiyalar, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər artırılacaq
Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb. DOĞRUSÖZTV.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, bu istiqamətdə 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.
Nazir polkovnik-leytenanta yeni vəzifə verdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Qeyd edək ki, bu təyinata qədər həmin vəzifəni polis mayoru İlham Kərimov […]
ŞAD XƏBƏR: Minimum əməkhaqqı artırılır
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Doğrusöztv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılması da təklif edilir.
“Rüsumlarının dəyişməsi dərmanların qiymətinə təsir etmir” – Nazir müavini
Dövlət rüsumlarının dəyişməsi dərmanların qiymətinə təsir etmir. Dərmanlarla bağlı mövcud problemlər rüsum və yığımlarla bağlı deyil. Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazinin müavini Azər Bayramov deyib. A.Bayramov vurğulayıb ki, […]
Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI
Bakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Unikal.org xəbər verir ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant […]
SON DƏQİQƏ: Milli Məclisin deputatı vəfat etdi
Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.Qalanews xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.Məlumata görə, M.Musayev 83 yaşında ürəıktutmadan dünyasını dəyişib.Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. M.Musayev 1990-cı ildən Xızı Rayon Partiya […]
Bakıda yaşayış binası yandı
Bakı şəhərində yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Doğrusöztv.az-a verilən məlumata görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi […]
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Bu barədə Publika.az–a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:00-da İsmayıllı rayonunda, Pirquli stansiyasından 17 km cənub-qərbdə İsmayıllı ərazisində 3 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.
Kəmaləddin Heydərova yeni vəzifə verildi
Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb. Sonxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə aşağıdakı tərkibdə Komissiya yaradılıb: Komissiyanın sədriAzərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiya sədrinin müaviniAzərbaycan Respublikasının fövqəladə hallar naziri Komissiyanın üzvləriAzərbaycan Respublikası fövqəladə […]