“İcazə” blanklarının alınması üçün onlayn müraciət xidməti istifadəyə verildi

alfonsonri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “İcazə” blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verilib. “AYNA” informasiya sisteminin komponentlərindən olan “İcazə” blanklarının idarə edilməsi sistemi daşıyıcılara verilən […]

​Nazir müavini qiymət artımından danışdı

alfonsonri

“2022-ci ildə 13,9 faiz orta illik inflyasiya olub. Ötən dəfə ərzaq bazarındakı qiymət artımlarına toxunulmuşdu. Qeyri-ərzaq məhsulları bazarında da böyük dəyişikliklər olub. Bunun da əsas səbəblərindən biri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında yüksək ikirəqməli inflyasiyanın olmasıdır”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini […]

Ukrayna SQ Baxmut istiqamətində irəliləyir

alfonsonri

Rus hərbçiləri Baxmut istiqamətində mövqelərini itirirlər. Bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski məlumat verib. “Ukrayna müdafiə qüvvələri Baxmut istiqamətində irəliləməyə davam edir, düşmən Baxmut yaxınlığında mövqelərini itirir”, – o, qeyd edib.

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

alfonsonri

Qeyri-sabit hava səbəbindən magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. İyunun 7-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-700 m-dək məhdudlaşacağı ehtimal olunur.

Vilayət Eyvazov 3 rayona rəis TƏYİN ETDİ

alfonsonri

Bir neçə rayonun polis rəisləri dəyişdirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik V.Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki R.Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki M.Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu […]

İlham Əliyev nazirliyin yeni binasının açılışını etdi – FOTOLAR

alfonsonri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. […]

Azərbaycanda icra başçısının sabiq müavini həbs olundu

alfonsonri

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub. Dogrusoztv.az report-a istinadən xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb. Onun içkili olduğu ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. […]