Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov Ukraynada yaralanıb. Bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb. “Delimxanov yaralanıb, amma sağdır”, – məlumatda qeyd olunub. Ukrayna mənbələri isə Adam Delimxanovun Zaporojye vilayətində öldürüldüyü barədə məlumat yayıb.
Azərbaycanda əhali pullarını əsasən bu məhsullara xərcləyib
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda alıcıların pərakəndə ticarət şəbəkəsində pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, alıcılar aldıqları mallara xərclədiyi vəsaitin 52,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, […]
Həcc ziyarəti başlayır – BU TARİXDƏN
Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində […]
Prezidentdən bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda deyilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və […]
Naxçıvandakı mövqelərimiz yenidən intensiv atəşə tutuldu
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri […]
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Bakıda çağırışa gedən təcili yardım avtomobili qəza törətdi
Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. “Bununla da o tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrini XX […]
Paytaxtın hansı küçələrində sıxlıq var? – SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bu gün qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, iyunun 14-də qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 […]
Bu gün “Son zəng”dir
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrindən 727 nəfər məzun olacaq. Qeyd edək ki, […]