Uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Yasamal rayon prokurorluğunun məlumatında deyilir. Xəbərə görə, Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə […]
Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq məsələsini müzakirə ediblər- YENİLƏNİB
Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Müdafiə Nazirliyindən “Report”a bildirilib ki, görüşdən əvvəl Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli […]
Prezident İlham Əliyevin Rusiyanın Baş naziri ilə görüşü başlayıb
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bölgələrə hər hansı ali məktəbin köçürülməsi real deyil – RƏSMİ
Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil. Bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir. […]
Bağça müəllimləri üçün sertifikasiya imtahanı keçirilməyəcək – RƏSMİ
Bu il üçün bağçalarda çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinq zamanı deyib. Direktorun sözlərinə görə, cari ildə yalnız məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. O bildirib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya […]
Rəşid Behbudovun Sibirə sürgün edilmiş DAYISI
Görkəmli müğənni Rəşid Behbudovun həyatı, ailəsi, yaxınları barədə məlumatlar həmişə ictimai maraq doğurub. Modern.az saytı Rəşid Behbudovun dayısı Lütfəli bəy Vəkilov barədə məlumatı diqqətə çatdırır. Məlumatı Rəşid Behbudov Fondu təqdim edib. Bəy nəslindən olan Lütfəli Vəkilov 1890-cı ildə anadan olub. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yaradılmasında xidmətlər […]
“Molokan” bağının ətrafı piyadalaşdı: Memar narazı, blogerlər razıdır…
Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonu ərazisində yerləşən Xaqani (keçmiş Molokan) bağının ətrafı avtomobillər üçün qapadılıb və tamamilə piyadaların ixtiyarına verilib. Gözlənildiyi kimi, bu addım sürücülərin narazılığına, piyadaların isə sevincinə səbəb olub. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb. Memar Elçin Əliyev mövzu ilə bağlı feysbuk səhifəsində yazıb: “Dünən (martın 4-ü […]
Sosial yardımların məbləği artıb
2024-cü ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 18,6% artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ötən ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 410,0 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ […]
Novruz bayramını xaricdə, yoxsa ölkədə keçirmək sərfəlidir? – QİYMƏTLƏR
Novruz bayramına artıq sayılı günlər qalıb. Demək olar ki, hər bir yerdə bayram ab-havası duyulur. Novruzun elçisi olan çərşənbələr bir-bir arxada qalır və hər kəs sonuncu çərşənbəyə hazırlaşır. Novruzu adətən evdə qeyd etsək də, son illər bayram günlərini rayonların, yaxud xarici ölkələrin birində keçirmək ənənəsi də formalaşır. Bayramla əlaqədar istirahət […]
Rəsulzadənin anım günüdür
Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir […]