“Ermənistan Dağlıq Qarabağa hərbi nəqliyyat həyata keçirmir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib. Baş nazirin sözlərinə görə, Azərbaycan yeni nəzarətə götürdüyü 2054 metrlik yüksəklikdən Xankəndini bir neçə kənd vasitəsilə Ermənistanla birləşdirən torpaq yolu birbaşa müşahidə altına alıb. Paşinyan qeyd edib ki, Ermənistan Qarabağa hərbi nəqliyyat daşımır: […]
Azərbaycanlıların kütləvi deportasiya və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, “Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında […]
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “31 Mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri olaraq tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi yazılıb. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı onminlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə […]
Ordumuz bu yüksəklikləri NƏZARƏTƏ GÖTÜRDÜ
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
DYP-dən hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 30-dan başlayaraq iki gün ərzində ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə olunan […]
Hirkan Milli Parkında YANĞIN
Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub […]
Laçın yolundakı aksiya 109 GÜNDÜR davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 109 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]
Spiker Əminə Ərdoğanla görüşüb
ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla görüşüb. Bu barədə Türkiyənin birinci xanımı tviterdə paylaşım edib. “Sıfır Tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu […]
“Çelsi”nin futbolçusu: “Bəzi komanda yoldaşlarım mənə “eşşək” deyirlər”
“Çelsi”nin futbolçusu Kay Haverts heyvanlara xüsusi marağından bəhs edib. Almaniyalı futbolçu eşşəkləri çox sevdiyini və hətta bəzi komanda yoldaşlarının ona “eşşək” deyə müraciət etdiyini söyləyib: “Bəzi komanda yoldaşlarım mənə “eşşək” deyirlər. Ancaq bu, oyunuma görə deyil. Bu heyvanlarla xüsusi münasibətimin olduğunu hiss edirəm. Çox sakitdirlər. Bəlkə, mən də sakit biri […]
Günün qoroskopu: şəxsi həyatınızda dəyişikliklər mümkündür
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç – uğurlu gündür. O, iş və təhsillə bağlı istənilən məsələnin həlli üçün uyğundur. İntellektual potensialınız çox yüksəkdir, siz yorğunluq hiss etməyəcəksiniz. Sərfəli əməkdaşlıq qurmaq üçün şansınız var, insanlar sizə tərəf can atırlar, onlarla […]