“Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm”. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O qeyd edib ki, əgər adam səhv edirsə, səhvinə görə tutulur və ittiham edilir: “Ölkəmizdə inancsız adam yoxdur. Dinindən asılı olmayaraq hamı inanır”.
Bərdədə qəza – 2 nəfər öldü
Bərdədə yol qəzası baş verib. 19.04.2023-cü ildə saat 19 radələrində 2000-ci il təvəllüdlü Bərdə rayon sakini Əzizov Feruz Raqub oğlunun idarə etdiyi VAZ 21099 markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomobil Bərdə rayonu, Həsənqaya kəndi ərazisində toqquşmuş, hadisə […]
“ASAN xidmət” mərkəzləri iki gün işləməyəcək
Aprelin 21-22-də Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, aprelin 23-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Qeyd olunub ki, bazar günü “ASAN kommunal” […]
Mehriban Əliyeva xalqı Ramazan bayramı münasibətilə təbrik etdi – FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.Bu barədə Mehriban Əliyeva, rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! […]
Qalib Həsənov ekologiya işçisidir, yoxsa otel biznesmeni? – Bərdə sakini ölkə başçısına video-şikayət ünvanladı
Bərdə rayon sakini Əlizamin Mamedov “Yutub” kanalı vasitəsilə Bərdədə baş verən ekologiya cinayətləri barədə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya video-şikayət ünvanlayıb. Müraciətinin əvvəlində Ə.Mamedov giriş sözü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsinə lüzum bilməyib, çünki onun fikrincə belə bir Nazirlik yoxdur: “Nazirlik yerində […]
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin NƏZƏRİNƏ!
“Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır”. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqları ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir. “Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən […]
Dövlət Mülki Aviasiya Agentliyinin səlahiyyəti artırıldı
Dövlət Mülki Aviasiya Agentliyi Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək. Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən komissiyaların işində iştirak edəcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti […]
İlham Əliyev Salyanda yol təmirinə 5 milyon manat ayırdı
Prezident İlham Əliyev Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını 16 min nəfər əhalinin yaşadığı Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, […]
Növbəti buraxılış imtahanı bu tarixdə keçiriləcək
Məlum olduğu kimi, aprelin 30-da Naxçıvan MR-də, Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, […]
Bayrağımızı yandıran şəxs beynəlxalq axtarışa verildi – RƏSMİ
Xəbər verildiyi kimi, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan Respubliksının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin […]