Azərbaycan-İsrail əlaqələrindən məmnunuq – İlham Əliyev

alfonsonri

Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alıb. Bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə israilli həmkarı İsxak Hersoqa ünvanladığı təbrik məktubunda deyilir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü […]

Media ilə bağlı yeni cərimələr qüvvəyə mindi 

alfonsonri

Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz […]

Partlayışda ölən qadının iki övladı yaralanıb – RƏSMİ

alfonsonri

Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib. Rayon prokurorluğundan bildirilib ki, Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə […]

İlham Əliyevin Bolqarıstana səfəri gözlənilir

alfonsonri

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bolqarıstana səfəri gözlənilir. Bu barədə Bolqarıstanın “Standart news” nəşri yazıb. Bildirilir ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyev bu gün Sofiyada Bolqarıstan (“Bulqartransqaz”), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və Azərbaycanın (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədilə […]

Ermənilər ABŞ-dakı səfirliyimizin qarşısında aksiya keçirib, “sülh” istədilər

alfonsonri

“Ermənilər səfirliyimizin qarşısında sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də suveren Azərbaycan və Türkiyəyə qarşı torpaq tələblərini səsləndirirlər”. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin “Twitter” hesabında paylaşım edib. “”Sülh” sözü ermənicə “müharibək” kimi tərcümə olunur?!”, – deyə diplomat bildirib. “Unikal”

Laçın-Xankəndi yolundakı aksiyanın 135-ci GÜNÜ

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 135 gündür davam edir. Aksiya iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması böyük sevinc və coşqu ilə qarşılanıb. Belə ki, aksiya iştirakçıları […]

Milli Məclis 12 məsələyə görə TOPLAŞIR

alfonsonri

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə […]

Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi üçün səylərini davam etdirir – Çavuşoğlu

alfonsonri

Ankara Türkiyə və digər ölkələrin vətəndaşlarının Sudandan çıxarılması üçün səylərini davam etdirir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100” telekanalına müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti 1490 vətəndaşını Efiopiya ərazisi vasitəsilə Sudandan təxliyə edib. “Sudandan 1 490 nəfəri avtobusla təxliyə etdik. Onlardan 640-ı Efiopiyaya çatıb. 189 […]

Miyatoviç azərbaycanlı əsirlərdən danışdı: “Bu vəhşilikdir!”

alfonsonri

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb. Bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Avropa Şurasının yaz sessiyası zamanı söyləyib. “İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, – o qeyd edib. Komissar […]