Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb – FOTO

alfonsonri

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar.

Laçındakı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO

alfonsonri

Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən sıfır nöqtəsində qurduğu sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər paylaşılıb. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik […]

Prezident: “Bu gün imzalanan memorandum Azərbaycana Avropaya daha çox qazı ixrac etməyə imkan verəcək”

alfonsonri

Dövlətimizin başçısı deyib ki, bu gün Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. “Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır […]

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif etdi

alfonsonri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə Fədakarlığa” görə medalı ilə təltif edib. Dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib. Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasedicini də təltif […]

Xidmət rəisi keçmiş MTN əməkdaşını özünə köməkçi TƏYİN ETDİ

alfonsonri

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə baş köməkçi təyin edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Xidmətin rəisi Mürsəl İbrahimov əmr imzalayıb. Əmrə əsasən, rəisin baş köməkçisi vəzifəsinə Tehran Babatov təyinat alıb. Qeyd edək ki, T.Babatov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.

Sabah 26° isti olacaq

alfonsonri

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti […]

Prokurorluq “Sumqayıt Tibb Mərkəzi”ndə yeyinti AŞKARLADI

alfonsonri

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma […]

Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq – Spiker tapşırıq verdi

alfonsonri

Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”, – deyə o qeyd edib. Spiker Shaibə Qafarova Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova tapşırıq verib ki, bu məsələyə baxılsın: […]