Bu şəxslərə “Əməkdar mühəndis” adı verildi – SƏRƏNCAM

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:Abasov Xalid Əvəz oğluAbdullayev Elşad Əlipaşa oğluAbışov İxtiyar Şükür oğluMəmmədov Adəm İman oğluMəmmədov Natiq Misir oğlu.

Prezident onları təltif etdi – SİYAHI

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni iləBünyatov Zalış Alkişi oğlu Hacıyev Vahid Hilal oğlu Həsənov Arif Daxıl oğlu Məmmədov Cahan Cahangir oğlu “Tərəqqi” medalı […]

“RİA Novosti”nin Azərbaycanda bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

alfonsonri

Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb. Bu barədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. “Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti […]

Üç futbolçu Azərbaycan millisindən QOVULDU

alfonsonri

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik olub.Üç futbolçu – Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) – heyətdən kənarlaşdırılıb.Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar. Əvəzində “Qəbələ” klubunun üzvü – qapıçı Məmməd Muradov […]

“Teknofest”də iştirak edən hərbçilərimiz mükafatlandırıldı

alfonsonri

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq nümunələrindən biri olan festivalda hər iki ölkənin hərbi pilotlarının birgə […]

Murad Arifin bağ evinə ayı girdi – VİDEO

alfonsonri

Bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib. Bu barədə ifaçı “Facebook” hesabında paylaşım edib. “Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur – red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecə ilə […]

2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq

alfonsonri

Prezident İlham Əliyevin mayın 27-si Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib. İclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha […]

Bakıda 51 yaşlı qadın itkin düşdü

alfonsonri

Bakıda 51 yaşlı qadın axtarılır. Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, paytaxt sakini olan S.Nəbiyeva Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək Binə qəsəbəsində yaşayan qohumu 1971-ci il təvəllüdlü Nəbiyeva Məsumə Ağaməmməd qızının 04.05.2022-ci il tarixində evdən çıxıb və bir daha geri qayıtmadığı barədə məlumat verib. Şəkildə […]