Daşınmaz əmlakın alınmasına görə bu günə qədər 5 milyon manatdan artıq “ƏDV” vətəndaşlara qaytarılıb. Dogrusoztv.az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar dövlət vergi xidmətinin yaratdığı portaldan qeydiyyatdan keçdikdən sonra “ƏDV”-ni ala biliblər. Qeyd edək ki, “ƏDV”-ni ala bilməyənlər də olub. Bəs buna səbəb nədir ? Dövlət Vergi Xidmətinin şöbə […]
Dünyanın ən zəngin adamı açıqlanıb
“Forbes” ən zəngin milyarderlərin illik reytinqini açıqlayıb. Siyahıya LVMH qrupunun (“Christian Dior”, “Louis Vuitton”, “Moet & Chandon” brendləri) sahibi Bernar Arno başçılıq edir. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard) qiymətləndirilir. 2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder […]
“Allah xeyirli günlərdə istifadə etməyi nəsib etsin, qardaşım” – Ərdoğandan Prezidentə
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank “Togg”u İlham Əliyevə təhvil verib. Dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğandan sonra “Togg”u qəbul edən ikinci şəxs olub. Əliyevin nəqliyyat vasitəsini təhvil alması anının fotosunu sosial şəbəkədə paylaşan prezident […]
İlham Əliyev Mustafa Varankı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib. Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlətimizin başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirdi, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə etdi. Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını […]
Türkiyənin ilk yerli elektromobili Prezidentə təqdim olundu – FOTOLAR
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Maki Sallanı təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli cənab Prezident, Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri […]
Məktəb direktoru vəfat etdi
Cəlilabad rayon Musalı kənd orta məktəbinin direktoru İsrail Quliyev dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Mərhumun 64 yaşında uzun sürən xəstəlikdən (xərçəng) vəfat etdiyi bildirilir. “Unikal”
Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi
Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib. Layihədə qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən […]
Ədalət Muradov 4 yeni dekan təyin etdi
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 4 dekan vəzifəsinə təyinatlar olub. Bununla bağlı rektor Ədalət Muradov əmr imzalayıb. Əmrə əsasən, Hafis Hacıyev Maliyyə və Mühasibat fakültəsinin, Elçin Eyvazov İqtisadiyyat və İdarəetmə fakültəsinin, Elçin Səmədov Mühəndislik fakültəsinin, Elman Cəfərov isə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan təyin edilib.
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
Milli Məclisin yaz sessiyasnın növbəti plenar iclası aprelin 7-də keçiriləcək. Bu barədə parlamentin bu gün keçirilən iclasında MM sədrinin birinci müavini Əli Hüseynli məlumat verib.