“Beynəlxalq təşkilatlar Ermənistanın iki hərbçimizə işgəncə verməsini araşdırmalıdır” – Spiker

alfonsonri

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı, beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb. Bu barədə  Milli Məclisdən […]

İstehlakçılara qaytarılan ƏDV məbləği açıqlandı

alfonsonri

“ƏDV geri al” layihəsi tətbiq edildiyi vaxtdan cari ilin aprelinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Dogrusoztv.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, təkcə bu ilin yanvar-mart ayında geri qaytarılan ƏDV məbləği 36 milyon manatdan çox olub. Xatırladaq ki, alınmış […]

İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik etdi

alfonsonri

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilib.  Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.  Dəyişikliyə əsasən, 16-cı maddənin mətni aşağıdakı redaksiyada verilir: “1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. 2. Yay və […]

Yeni nazir kimdir? – Dosye

alfonsonri

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. Məcnun Məmmədov buna qədər “PASHA Holding”in tərkibindəki “Grand-Agro” MMC-nin direktoru olub. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb. Qeyd edək ki, […]

Qardaşından xəbər ala bilmədi, evdən meyiti tapıldı

alfonsonri

Aprelin 14-nə keçən gecə saat 01 radələrində Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 22 yaşlı oğlanın bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda polis serjantı kimi çalışan şəxs müraciətində qardaşı, 2001-ci il təvəllüdlü N.Musaxanlının zənglərə cavab vermədiyini bildirib. Dərhal xilasetmə xidmətinin əməkdaşları evə […]

“ABŞ Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə narahatdır” – Səfirlik

alfonsonri

“ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır”. Bu ABŞ-nin Azərbaycandakı səfirliyinin “facebook” hesabında paylaşım edilib. “Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, – deyə məlumatda qeyd olunub.

Tanınmış hakimin oğlu qəfil vəfat etdi

alfonsonri

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda ədliyyə nazirinin müavini olub. O, […]