Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, 3.6 maqnitudalı zəlzələ yerli vaxtla 10:10-da və 56 km dərinlikdə baş verib.
Azərbaycan nefti 1 %-ə yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları və ya 0,94 % azalaraq 108,16 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 103,31 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, […]
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb. Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında […]
Kubada mümkün hakimiyyət dəyişikliyi – adanın ABŞ-yə geridönüşü – ŞƏRH
Yaxın Şərqdəki hadisələr ABŞ-nin Kuba ilə bağlı hədəflərini gerçəkləşdirmək istəyindən yayındırmayıb. Ötən gün Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib ki, Kubanı “götürmək şərəfdir”. Ağ Evin indiki rəhbəri vurğulayıb ki, “azadlıq adasını götürüb”, “onunla istədiyini edə bilər”.Tramp ötən həftə razılaşma bağlamaqdan imtina edəcəyi təqdirdə Kubanı “dostcasına olmayan” üsulla da […]
DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır
Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib. O bildirib ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunur. Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə […]
Sabah 17 dərəcə isti gözlənilir
Azərbaycanda martın 18-də havanın 17 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° […]
Qadın hərbçilər üçün MAXE müddətinin 3 ildən 6 ayadək azaldılması son oxunuşda qəbul edilib
Milli Məclis qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) müddətinin 3 ildən 6 ayadək azaldılmasını son oxunuşda qəbul edib. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Məlumat verilib ki, təqdim […]
Milli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 9 məsələ müzakirə olunacaq. Müzakirə olunacaq məsələr aşağıdakılardır: 1. “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Yol hərəkəti haqqında” […]
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Bakının Sabunçu rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. 2001-ci il təvəllüdlü Ramil Qafar oğlu Tağıyevin idarə etdiyi motosikletlə BYD markalı avtomobil toqquşub. Xəstəxanaya yerləşdirilən motosiklet sürücüsü orada ölüb. Faktla bağlı cinayət işi başlanıb.