İlham Əliyevin göstərişi ilə Azərbaycanlıların təxliyəsi üçün Moldovaya xüsusi heyət ezam olunub

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri […]

Ermənilər Xocavənd və Füzulini atəşə tutdu

Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan […]

Daxili işlər nazirindən yeni TƏYİNAT

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Zülfüqar Orucov Yardımlı Rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib. Buna qədər Z.Orucov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin rəisi vəzifəsində xidmət aparıb.

“Tarqovı”dakı dəhşətli hadisənin yeni görüntüləri – FOTOLAR

Bakıda səhər saatlarında yanğın baş verən evin sahibi ruhi əsəb xəstəsi olub. Mənzildə yanan ev sahibi 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviç uzun müddət Səhiyyə Nazirliyinin 1 saylı Ruhi Əsəb Dispanserində uzun müddət müalicə alıb. Qonşuların dediyinə görə, ailəsindən ayrılan Leonid Jukov evdə anası ilə yaşayırmış: “8 ildən artıq idi ki dispanserdə […]

Ukraynaya döyüşə göndərilən Rusiya hərbçisi sevgilisinə telefonda NƏ DEDİ?

Ukraynanın xüsusi xidmət orqanları Rusiya ordusunun hərbçilərinin telefon danışıqlarını dinləməkdə davam edir. DOGRUSOZTV.AZ lent.az-a istinadən bildirir ki, bu dəfə rusiyalı hərbçinin sevgilisi ilə danışığı dinlənilib. Telefonla onu 8 Mart münasibətilə təbrik edib, həmçinin Ukraynaya müharibə üçün gəldiyini bildirib. Qız hər kəsin sağ-salamat Rusiyaya evinə qayıdıb-qayıtmayacağını soruşduqda, əsgər belə cavab verib: “Mən buna […]

Əmək pensiyalarının nə qədər artacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə həyata keçirilən ardıcıl və genişmiqyaslı sosial islahatlar çərçivəsində sosial ödənişlərin, o cümlədən, pensiyaların 2022-ci ilin əvvəlindən növbəti dəfə artırılması təmin edilib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasında artıma imkan verib. Bu barədə […]

Aşıq Əhlimandan ÜZÜCÜ XƏBƏR

Tanınmış aşıq, Aşıq Əhliman 6 gün əvvəl ürəyindən əməliyyat olunub. Bu barədə Sonxeber.az-a onun tələbəsi Elçin məlumat verib. O bildirib ki, Aşıq Əhlimanın vəziyyəti çox ağır olsa da, hazırda stabildir: “Ötən həftənin çərşənbə günü o, “Mərkəzi Klinika”da ürəyindən əməliyyat olunub. Əhliman bəyin vəziyyəti ağır idi. Ürəyində 4 damar dəyişiblər. Düzdür, şükür […]

Ağsuda sələmçi qardaşları bıçaqlayan şəxslərə cinayət işi açılıb

Ağsu rayonunda sələmçi qardaşlar – Zəka və Orxan Fazilzadəni bıçaqlayan şəxslərə cinayət işi açılıb. Bu barədə BiG.AZ-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hadisəyə görə tutulan Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə və Alı Nəcəfliyə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq […]