Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 61 gündür davam edir. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar […]
Hərbçimiz qar uçqununa düşərək həlak OLUB
Hərbçimiz qar uçqununa düşərək həlak olub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat edib.
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefonla danışıb. Dogrusoztv.az xəbər verir ki, bu barədə nazir Tvitterdə bildirib.Danışıq zamanı nazir bir daha Laçın yolundakı etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və Azərbaycanın sülh prosesinə sadiqliyini xatırladıb.
Əhməd İsmayılov: Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər
Media resyestri kiminsə jurnalist olmasını təmin etmir. “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib. Media reyestrinə etiraz edənlər: onlar nə istəyirlər?İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər jurnalistlərə münasibətdə həssas davranmanı şərtləndirəcək – RƏYParlamentdə Ombudsmanın və […]
Bu ölkələr Türkiyəyə xilasetmə qrupu göndərib – İlk yerdə Azərbaycandır
Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra dünyanın bir çox ölkəsi təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəyə axtarış-xilasetmə qrupları göndərməyə davam edir.“Anadolu” agentliyi Türkiyəyə xilasetmə qrupları göndərən ölkələrin siyahısını açıqlayıb. Siyahıda ilk pillədə Türkiyəyə 725 personal göndərən Azərbaycan yer alıb. Bununla yanaşı, Türkiyəyə ən çox personal göndərən ölkələr sırasında İsrail […]
“95 ölkədən yardım təklifi almışıq” – Çavuşoğlu
“Biz 95 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclasında deyib. Onun sözlərinə görə, hazırda zəlzələdən əziyyət çəkən bölgələrdə 56 ölkədən 6 min 479 heyət var. Daha 19 ölkənin komandası 24 saat ərzində ölkəmizdə olacaq.
Dağıntılar altından çıxan 20 günlük körpənin bu görüntüsü hər kəsi kədərləndirdi
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərin ən çox zərər çəkdiyi bölgələrdən biri olan Hatay 60 saat sonra möcüzənin şahidi olub. 20 günlük körpə dağıntılar altından xilas edilib. Kerem Ağırtaş adlı körpənin xilas edilərkən çəkilən fotoları diqqət çəkib. Belə ki, körpənin ovucunun içində anasının saç telləri olub. Körpəni xilas edənlər […]
İlham Əliyevdən Aleksandr Şarovski ilə bağlı SƏRƏNCAM
Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Yakovleviç Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezident İTV-yə maliyyə yardımı ayırdı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası […]
Türkiyədə zəlzələ qurbanlarının sayı 14 mini ÖTDÜ (YENİLƏNİB)
Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. ***10:18 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb. ***07:38 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı […]