Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan növbəti paylaşım edib. O, instaqram hesabında Prezident İlham Əliyevlə fotosunu paylaşıb. “Zəngilan. 27.05.2022”, – deyə Birinci vitse-prezident yazıb.
Spiker İlham Əliyev və xanımını təbrik etdi
Milli Məclis 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edib. Bu barədə parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Spiker təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından […]
Daxili Qoşunların hərbçisi Ağdamda MİNAYA DÜŞDÜ – YENİLƏNİB
Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Faktla bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma başlayıb. 12:21 Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ə.Umarov Çəmənli […]
DİN sözçüsü ilə jurnalist Respublika Günündə TOY EDƏCƏK
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə ailə qururlar. Bir neçə gün öncə rəsmi nikaha girən cütlük 28 May Respublika Günündə toy mərasimi keçirəcək. Qeyd edək ki, Nurlan Əliyev ATV, “Space”, həmçinin “Lider” TV-də, Aysel Fərziyeva isə […]
Vilayət Eyvazov polis rəisini vəzifəsindən azad etdi
Şirvan Şəhər Polis İdarəsinin rəisi Hikmət Quliyev təqaüdə göndərilib.“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. H.Quliyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
Selçuk Bayraktar Şuşaya getdi – Foto
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib. O, Şuşada Cıdır düzündə olub. Qeyd edək ki, S. Bayraktar Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizə səfər edib.
Xəlil Rza Ulutürkün həyat yoldaşı dünyasını dəyişdi
Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Xəlilbəyli vəfat edib.Bu barədə onun yaxınları məlumat verib.
Bu gün əfv sərəncamı imzalanacaq
Bu gün 28 May – Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalanacaq. Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb. Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub. Dövlət başçısı 28 May – Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı […]
Azərbaycanda müğənni qəfil öldü – FOTO
Azərbaycanda üç uşaq anası qəfil dünyasını dəyişib. Bu barədə Milli.Az məlumat yayıb. Bildirilib ki, vəfat edən Rəqsanə Tovuzlu müğənni kimi fəaliyyət göstərib.
Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək
Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək. Həlledici matçda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək qarşılaşma 19:00-da start götürəcək. Qeyd edək ki, “Qarabağ” Premyer Liqada çempion olmaqla Çempionlar Liqasına vəsiqəni təmin edib. “Zirə” isə 3-cü yerin sahibi kimi Avropa Konfrans Liqasına “bilet” qazanıb. Kubokda uğur qazanmaqla “Qarabağ” qızıl dubl edə, […]