“Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, 104 il əvvəl müsəlman aləmində ilk Xalq Cumhurrəyit quruldu və iki ildən sonra […]
Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB
Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb. Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. ***09:00 Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb. Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların […]
AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət etdi – FOTO
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Müstəqillik Günü münasibətilə ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.
Ərdoğan Bakıya yola düşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşüb. Məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” çərçivəsində Azərbaycan Hava Qüvvələri ilə Türk ulduzları və “Solotürk” qruplarının nümunəvi çıxışlarını izləyəcək.
Mehriban Əliyevadan Müstəqillik Günü ilə bağlı PAYLAŞIM
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”
Ukraynada ölən uşaqların sayı 242-yə çatdı
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq güllə və qəlpə yarası alıb. Məlumatı Ukrayna Baş Prokurorluğu yayıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 888 təhsil […]
Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi
Türkiyənin Bakıdakı səfirliyi 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin tivter səhifəsində paylaşım edilib. “Can Azərbaycanın Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”, – məlumatda bildirilib.
“TEKNOFEST Azərbaycan”ın proqramına dəyişiklik edildi
Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bugünki proqramına dəyişiklik edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, 28 May – Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq. Gün ərzində festival ərazisində hazırlıq işləri […]
İlham Əliyev Hulusi Akarı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. 104 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində […]