Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki, mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, […]
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər
Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə aşağıdakı şəxslər təltif ediliblər: Bayramov Elnur Üzeyir oğlu Bayramov […]
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
Xüsusi nümayəndə: “Qarabağda məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir”
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir. Bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri” tədbirində bildirib. “Yenidən məskunlaşma, əlbəttə ki, iqtisadi inkişaf, eləcə də […]
İçərişəhərdə “Ağıllı qoruq” konsepsiyası tətbiq ediləcək
İçərişəhərdə “Ağıllı qoruq” konsepsiyası üzrə transformasiya strategiyası hazırlanıb. Bunu “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri” tədbirində bildirib. “Biz ağıllı, dayanıqlı şəhər layihələri haqqında danışarkən, mücərrəd anlayışlardan praktiki nəticələrə keçmək, […]
Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır
Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “İrs Dostu” könüllü proqramına qəbul elan edib. Məlumata görə, proqramın əsas məqsədi gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakını təşviq etmək, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına […]
Mikayıl Cabbarov: “Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb”
Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” – başqa sözlə “kölgə iqtisadiyyatı”nın azaldılması hesabına əldə olunan gəlirlərin məbləği real ifadədə üç dəfədən çox artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil […]
Ukraynanın bir çox bölgəsi Rusiya ordusunun hücumuna məruz qalıb
May ayının 19-dan 20-nə keçən gecə Ukraynanın bir neçə bölgəsi Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb. Hücumlar nəticəsində bir çox bölgədə dağıntılar olub, yaralananlar var. Rusiyanın hücumları nəticəsində Dnepr şəhərində ərzaq anbarları dağılıb. Hücumlar nəticəsində iki nəfər ölüb, altı nəfər isə yaralanıb. Xarkov vilayəti də pilotsuz uçuş aparatlarının hücumuna məruz […]
UEFA Avropa Liqası: Bu gün final matçı keçiriləcək
Bu gün UEFA Avropa Liqasında final matçı keçiriləcək. Həlledici görüşdə “Frayburq” “Aston Villa” ilə üz-üzə gələcək. Qarşılaşma İstanbuldakı “Beşiktaş Park” stadionunda baş tutacaq. UEFA Avropa Liqası 20 may Final 23:00. “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə) Baş hakim: Fransua Leteksye (Fransa). Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin […]
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; […]